Əməliyyatdan sonra sağalma müddəti və qidalanma qaydaları

Əməliyyatdan sonra sağalma dövrü əməliyyatın növü, orqanizmin vəziyyəti və istifadə olunan cərrahi texnikadan asılıdır. Minimal invaziv əməliyyatlarda bu müddət adətən daha qısadır, çünki orqanizmdə kəsiklər çox kiçik olur və toxumalar tez bərpa olunur. Laparoskopik üsuldan sonra pasiyent çox vaxt bir neçə gün ərzində normal fəaliyyətinə qayıda bilir.

Sağalma dövründə ən vacib məqamlardan biri düzgün qidalanmadır. İlk günlərdə yüngül və maye qidalar – şorba, qatıq, qaynadılmış tərəvəz və kompotlar məsləhət görülür. Yağlı, qızardılmış və qazlı içkilərdən uzaq durmaq lazımdır. Qidalanma mərhələli şəkildə bərpa olunmalıdır ki, mədə-bağırsaq sistemi tədricən adaptasiya etsin.

Dr. İlqar İsmayılov əməliyyat keçirmiş pasiyentlərə fərdi bərpa planı tərtib edir. Bu plan qidalanma, fiziki aktivlik və ağrı nəzarətini əhatə edir. Əməliyyatdan sonra yaranın təmiz saxlanması və vaxtında nəzarət müayinələrinə gəlmək də bərpa prosesinin vacib hissəsidir.

Ana səhifəyə keçid