Öd kisəsi əməliyyatı öd yollarında daş, polip və ya xroniki iltihab müşahidə olunduqda həyata keçirilən cərrahi prosedurdur. Ən müasir üsul – laparoskopik əməliyyat sayılır. Bu zaman qarın nahiyəsində bir neçə millimetrlik kəsik açılır və xüsusi alətlər vasitəsilə müdaxilə aparılır. Bu metod daha az ağrı və daha qısa sağalma müddəti ilə seçilir.
Dr. İlqar İsmayılov, FEBS sertifikatlı ümumi cərrah olaraq Bakıda öd kisəsi və digər minimal invaziv əməliyyatlar icra edir. Laparoskopik üsul sayəsində pasiyent bir neçə gün ərzində normal həyatına qayıda bilir. Əməliyyatın məqsədi öd axınının bərpası, ağrının aradan qaldırılması və təkrarlanan iltihabların qarşısının alınmasıdır.
Əgər sizdə tez-tez sağ qabırğaaltı ağrılar, ürəkbulanma və ya yeməkdən sonra narahatlıq müşahidə olunursa, bu simptomlar öd kisəsi xəstəliklərinə aid ola bilər. Belə hallarda vaxtında cərrahi müayinədən keçmək sağlamlığın qorunması üçün vacibdir.
Ana səhifəyə keçid