Qasıq və göbək nahiyəsində yaranan yırtıqların müasir, minimal invaziv üsulla müalicəsi – daha az ağrı, daha sürətli bərpa və estetik nəticə ilə.
Qasıq nahiyəsində olan yırtıqların müalicəsi laparoskopik cərrahiyə üsulu ilə (TEP və TAPP texnikaları) həyata keçirilir. Bu zaman göbək hissəsindən təxminən 10 mm-lik kəsikdən kamera yerləşdirilir, əlavə olaraq isə 5 mm və 3 mm-lik iki kiçik kəsikdən işçi alətlər daxil edilir. Bu üsul tək tərəfli, iki tərəfli və təkrarlayan yırtıqlarda uğurla tətbiq olunur.
3 kiçik girişlə həyata keçirilir, ağrı minimal olur.
Xəstələr 1 gün sonra evə buraxılır, 5–7 günə aktiv həyata qayıdır.
Mesh implantı vasitəsilə yırtığın təkrar yaranması riski azalır.