09 may 2024-cü il tarixində Respublika Diaqnostika Mərkəzində keçirilən Azərbaycan Minimal İnvaziv Cərrahlar Cəmiyyətinin I Milli Konqresi çərçivəsində komandamızla birlikdə TAMİS (TransAnal Minimal Invasive Surgery) əməliyyatını canlı şəkildə icra etdik.
Əməliyyat zamanı rektum xərçəngi (T1N0M0) diaqnozu olan pasiyentdə müasir transanal minimal invaziv texnika tətbiq olundu.
Bu canlı əməliyyat AMICC 2024 və Almaz Akademie Medical Training Center tərəfindən təşkil edilən beynəlxalq elmi-tədris proqramının tərkib hissəsi idi.