Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Böyrəküstü vəzi

MRT-də böyrəküstü vəzidə şiş tapılıb. Əvvəlcə hansı həkimə getmək lazımdır?

MRT və ya KT müayinəsində böyrəküstü vəzidə törəmə aşkar olunubsa, bu, adrenal insidentaloma adlanır. İlk növbədə endokrinoloq müayinəsi olmalıdır. Endokrinoloq müayinəsindən sonra əməliyyata ehtiyacın olub-olmaması barədə endokrinoloq və cərrah birlikdə qərar verir.

Bu əməliyyatlar da minimal invaziv, laparoskopik üsulla icra olunur.

Bu suala keçid
Təsadüfən tapılmış böyrəküstü vəzi törəməsinin sıxlığı dəyişirsə, narahat olmaq lazımdırmı?

Təsadüfən aşkar olunan böyrəküstü vəzi törəməsinin təhlükəli olub-olmaması onun ölçüsündən, tomoqrafik görüntüsündən və hormonal aktivliyindən asılıdır. Bu barədə qərarı endokrinoloq, cərrah və radioloq birlikdə verir.

Bu suala keçid