Dr. İlqar İsmayılov

Həkimə verilən suallar

Peritona yayılan xərçəng (HİPEC)

HİPEC müalicəsi necə keçir, pasiyent nələr yaşayır?

HİPEC, yəni isidilmiş kimyaterapiya preparatları ilə qarın boşluğunun müalicəsi cərrahi yolla icra olunur. Bu müalicəyə qərar tək cərrahın iştirakı ilə deyil, multidissiplinar komandanın, yəni kimyaterapevtin (medikal onkoloqun), HİPEC təcrübəsi olan cərrahın, histoloqun və radioloqun ortaq müzakirəsi ilə verilir.

Bu, yüksək riskli, ağırlaşma faizi yüksək olan müalicə üsuludur. Hər onkoloji xəstəyə uyğun deyil.

Bu suala keçid
HİPEC əməliyyatını harada etdirmək daha doğrudur, xəstəxana seçəndə nəyə baxmaq lazımdır?

HİPEC əməliyyatı üçün mərkəz seçərkən ilk növbədə həmin mərkəzdəki onkoloji xidmətə və onkoloji xəstələrin müalicəsindəki təcrübəyə baxmaq lazımdır. Həmin mərkəzdə multidissiplinar onkoloji konsiliumun olub-olmamasını da nəzərə almaq lazımdır.

Bu mərkəzlərdə bütün xidmətlərin, həm reanimasiyanın, həm də digər ixtisas həkimlərinin olması mütləqdir. Bu əməliyyatdan sonra baş verə biləcək ağırlaşmaları idarə edə biləcək gücdə mərkəz seçilməlidir.

Bu suala keçid